Maraqlı
08.10.2018 / 10:40

Həbibin qələbəsindən 100 min dollar qazandı

Həbibin qələbəsindən 100 min dollar qazandı
"French Montana" ləqəbi ilə tanınan amerikalı reper Kərim Harbuş Həbib Nurməhəmmədov - Konor Makqreqor döyüşündən 100 min dollar qazanıb.

İnform.az publika.az-a istinadən xəbər verir ki, reper bu sözləri müsahibəsində qeyd edib. Belə ki, onun sözlərinə görə, rusiyanı təmsil edən Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor oyununa "qardaşının" qələbəsinə pul qoyaraq qazanıb:

"Mən qardaşım, dostum, Həbibin qələbəsinə inanırdım. Onun qələbəsinə pul qoydum və itirmədim".

Qeyd edək ki, döyüşdə məğlub olan irlandiyalı oyunçu Konor Makqreqor qisas oyununu səbirsizliklə gözlədiyini deyib.


İnform.az

Baxış sayı: 1089