Baş xəbər, Hüquq
08.10.2018 / 10:05

"Respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib"- DİN-in məlumatı

"Respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib"-
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 192 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 158