Dünya
08.10.2018 / 09:57

İranda azərbaycanlı məhbus edam edilib

İranda  azərbaycanlı məhbus edam edilib
İranda namus məsələsi üstündə qətl törətdiyinə görə ölümə məhkum edilmiş azərbaycanlı məhbus Həmid Valizadə edam edilib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, olay bir neçə gün əvvəl baş versə də, hadisə barədə xəbər bu gün yayılıb.

Əbhər şəhər sakini 38 yaşlı Həmid Vəlizadə İranın Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.


İnform.az

Baxış sayı: 101