Ədəbiyyat
08.10.2018 / 10:00

" Məni onların sevgisi həyata qaytardı "- Musa Yaqub

" Məni onların sevgisi həyata qaytardı "-
Xalqın sevimli şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb.

İnform.az kult.az-ın xəbərinə istinadən bildirir ki, bu barədə şair Musavat.com-a açıqlamasında deyib. O, vəziyyətinin getdikcə yaxşılaşdığını bildirib:

“Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmə bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki, görməmişəm”.

Şair yazdığı son şeirlərindən də söz açıb:

“Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım”.

Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.


İnform.az

Baxış sayı: 158