Dünya
08.10.2018 / 09:52

Tramp və Kim Çen In ikinci dəfə görüşəcəklər

Tramp və Kim Çen In ikinci dəfə görüşəcəklər
ABŞ Dövlət Katibi Mayk Pompeo və Şimali Koreya lideri Kim Çen In onunla Donald Tramp arasında ikinci sammitin keçirilməsi üzərində razılığa gəliblər.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin mətbuat katibi Yoon Yunq-çan bildirib.

Pxenyan səfərindən sonra Pompeo Cənubi Koreya prezidenti Mun Çje-in tərəfindən Seulda qəbul edilib. Pompeo Muna Kimlə Şimali Koreya tərəfindən nüvəsizləşmə istiqamətində görülən tədbirlərin müzakirə edildiyini bildirib.

Yunq-çanın sözlərinə görə, müzakirələr zamanı ən qısa zamanda ABŞ və KXDR rəhbərləri arasında ikinci bir sammitin həyata keçirilməsi və nüvəsizləşmə prosesinin müntəzəm müzakirəsi üçün işçi qrupun formalaşdırılmasına dair razılıq əldə edilib.


İnform.az

Baxış sayı: 29