Diaspora Akademiyası, Din
08.10.2018 / 09:10

Misirin 30-dan çox mətbu orqani azərbaycanlı alimin fikirlərindən yazdı

Misirin 30-dan çox mətbu orqani azərbaycanlı alimin fikirlərindən yazdı
“Vətənpərvər” - Azərbaycanın Misirdə DiasporTəşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirovun fikir və təklifləri Misirdə böyük maraq doğurub.

Birliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, oktyabr ayının 16-18 tarixində, Misir fətva evi "Tətbiq və Nəzəriyyə arasında Fətvada yenilənmə"mövzüsünda beynəlxalq konfrans keçirəcək.

Konfransla bağlı Misirdə fəaliyyət göstərən tanınmış şəxslərdən müsahibələr götürülüb.

Bu mövzü ilə bağlı, Misirin ən məşhur qəzetlərindən olan əl-Əxbar əl-Youm və Dustur qəzetinin jurnalistləri S.Nəsirovdan müsahibə alıblar.

Onun konfransla bağlı fikir və təklifləri oxucular və Misir medyası tərəfindən böyük marqla qarşılanıb.

Qısa müddət ərzində çoxlu sayda jurnalıstlər onunla əlaqə saxlayıb, müsahibələr alıblar. Diaspora sədrinin müsahibəsi 30-dan çox xəbər saytlarında yayınlanıb.

S.Nəsirovun müsahibədə səsləndirdiyi bəzi fikirlər bunlardır:

1- Radikalizmin əsas səbəblərindən biri savadsızlıqdır.

2- Bir ölkənin adəd ənənələrini tam bilmədən onların vətəndaşlarına başqa ölkədən fətva verilməsi doğru deyil.

3- Əsrlərdən bəri verilmiş fətvaları kitabdan oxuyub, günümüzə uyğun olmayan fətvaların insanlara fətva kimi təqdim olunmasının doğru olmadığını. Çünkü fətva zamana, məkana və şəxslərə görə dəyişdiyi qeyd edilib.

Qeyd edək ki, adı çəkilən konfransda Qqafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Müsayevlə yanaşı dünyanın 80 ölkəsindən 120 dən çox alim iştirak edəcək.

Əsas mövzü radializmlə mübarizə aparmağın yollarını müzakirə edərək vahid bir fikir formalaşdırmaqdır.

https://akhbarelyom.com/news/newdetails/2734511/1/%D8%AD%D9%88%D8%A7%D8%B1-%D8%B1%D8%A6%D9%8A%D8%B3-%D8%A7%D9%84%D8%AC%D8%A7%D9%84%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D8%AF%D9%88%D8%B1-%D9%83%D8%A8%D9%8A%D8%B1-%D9%84%D9%80-%D9%85%D8%A4%D8%AA%D9%85%D8%B1-%D8%A7%D9%84%D8%A5%D9%81%D8%AA%D8%A7%D8%A1-%D8%A7%D9%84%D8%B9


İnform.az

Baxış sayı: 90