Araşdırma
08.10.2018 / 14:00

İrəvanda faşizmə abidə-Qaregin Njde "Qəhrəmannamə"si

İrəvanda faşizmə abidə-Qaregin Njde
Aydın Hüseynov


Əvvəli burada:http://inform.az/index.php?newsid=34902

Qaregin Yegişeviç Ter-Arutyunyan (Njde) 1886-cı il yanvarın 1-də indiki Babək rayonunun Gürnüt kəndində keşiş ailəsində anadan olub.

Naxçıvandakı rus məktəbində ibtidai təhsil alır, 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, lakin iki il oxuduqdan sonra oranı tərk edir.

1904-cü ildə Daşnaqsütyun partiyasının sıralarına qəbul olunmuş, özünə Njde (mühacir, sərsəri) partiya ləqəbini götürmüş, İranın Səlmas şəhərində daşnaqların təşkil etdiyi zabitlər məktəbində oxuyub.

1906-cı ildə o, daşnaqlarla əlaqələri olan Makedoniya milli-azadlıq mübarizəsi fəallarının köməyi ilə Bolqarıstana gedərək orada Daşnaqsütyun partiyasının liderlərindən biri R.Zoryanın yaratdığı, Türkiyədə və Makedoniyada vuruşacaq 400 nəfər erməninin təlim keçdiyi qeyri-leqal hərbi məktəbə qəbul olunur, məktəbi bolqar ordusunun podporuçiki rütbəsi ilə bitirdikdən sonra Qafqaza qayıdır, Murad Sebastatsinin quldur dəstəsinə qoşulur, tezliklə İrana gedərək iran milli-azadlıq inqilabının yatırılmasında iştirak edir, 1908-ci ildə Gürnütə qayıdır.

1909-cu ilin sentyabrında 163 daşnaqla birlikdə həbs olunur, cəzasını Culfa, Naxçıvan, Novoçerkassk və Peterburq həbsxanalarında çəkir.

1912-ci ildə azadlığa çıxan Njde yenidən Bolqarıstana gedir, orada Andraniklə birlikdə erməni könüllülərindən dəstə yaradaraq türklərə qarşı mübarizə aparır, vuruşmalarda yaralanır.

Birinci Dünya müharibəsi ərəfəsində Tiflisə varid olan Qaregin, Dronun alayının tərkibində xidmət etmiş, sonra erməni-yezid alayının komandiri olmuş, daha sonra 1-ci Erməni alayında Türkiyə ərazisində döyüşlərdə, həmçinin Qarsdan geri çəkilən ermənilərin mühafizəsində iştirak edir.

1918-ci ildə Vedibasarda qalxmış narazılığı qan içində boğan Njde bunun ardınca Zəngəzurda yerli sakinlərin qırğınını təşkil edir, Nuru paşanın və müsavatçıların qoşunlarına qarşı vuruşur, 1919-cu ilin dekabrında Qafan ətrafında, özünün təsdq etdiyi kimi, “qonşu rayonların başına bəla olan” 32 azərbaycalı kəndini dağıdır, daha sonra hücuma keçərək digər azərbaycanlılar yaşayan kəndləri zəbt edir və etnik təmizləmə aparır

DOSYE: Şahid Xoylunts Arsen Arutyunoviçin dindirilməsi protokolundan:

16 setyabr 1947-ci il. Moskva.

Sual: Ter-Arutyunyan Qaregin (Njde) sizə məlumdurmu?

Cavab: Bəli, Qaregin Njde mənə 1919-cu ilin sonundan Zəngəzurla bağlı məlumdur. Njde Zəngəzurun Qafan rayonunda daşnaq silahlı qüvvəlırinin komandanı idi.

Sual: Njdenin Zəngəzurdakı antisovet fəaliyyəti barədə nə bilirsiniz?

Cavab: 1919-20-ci illərdə Qafan rayonunda daşnaq ordusunun silahlı qüvvələrinə komandanlıq edən Njdenin rəhbərliyi altında Qafan və ona bitişik rayonlarda onlarca azərbaycanlı kəndi məhv edilib, bu kəndlərin minlərlə sakini öldürülüb.


Zəngəzurdan əl çəkməyən Njde, 1920-ci ildə Qırmızı Ordu tərəfindən blokadaya alındıqda əlçatmaz Xustup dağına sığınaraq Sovet hökuməti əleyhinə mübarizəyə girişir, azərbaycanlılara qarşı qəddarlığını davam etdiirir, bir neçə dəfə Dağlıq Qarabağa da həmlələr edir.

1921-ci ildə yaradılan Dağlıq Ermənistan respublikasının baş naziri və hərbi nazir kimi Zəngəzurun azərbaycanlılardan təmizlənməsi işini tam həyata keçirmək onun başlıca məqsədi olur.

Sonra Njde yenidən İranda peyda olur, əvvəl Müşənbər kəndində, ardınca Təbrizdə yaşayır, 1922-ci ildə Türkiyədən keçib Bolqarıstana gedərək bu ölkənin təbəəliyini qəbul edir, paytaxt Sofiyada ailə qurur.

1933-cü ildən erməni mühacirətinə başçılıq edən Njde türklərə qarşı düşmənçilik zəminində gəncləri mübarizəyə cəlb etmək məqsədilə ABŞ-a yollanır.

Həmin il orada Daşnaqsütyun çərçivəsində protofaşist “Seqakron” (sonralar Erməni gənclər Təşkilatı) təşkilatı və Andlı İttifaqları yaradılır, onların Avropa ölkələrində filialları təşkil olunur.

Bu təşkilatların proqramlarında şəxsən Njdenin pərəstiş etdiyi, 1930-cu illərdə geniş yayılmış irqçilik nəzəriyyəsi əsas götürülür, onların şüarları Avropada faşist hərəkatını təbliğ edirdi.

Ancaq bu vaxt Njde Daşnaqsütyunla yaranmış ixtlaf nəticəsində partiyadan xaric olunur.

İkinci dünya müharıbəsi ərəfəsində Njde gələcəkdə Türkiyəyə və Qafqaza göndərilmək məqsədilə öz təşkilatının fəallarından kəşfiyyat-diversiya qrupları yaradır, ABŞ-dan Bollqarıstana qayıdıb Berlinlə əlaqəyə nail olur, 1940-cı ildən Vermaxtın erməni hərbi birləşmələrinin təşkil edilməsinə başlayır.

Müharıbə başlananda Almaniyadakı Erməni milli təşkilatında mühüm mövqe tutan Njde Ermənistanda alman koloniyasının yaradılması barədə erməni liderlərinin faşistlərə müraciətinə imza atır, Dro ilə birlikdə erməni legionunu yaradır.

Böyük Vətən müharibəsinin ölüm-dirim günlərində faşist düşərgələrində təlim keçərək Şimali Qafqaza gətirilmiş erməni legionçularına öz xidmətləri müqabilində azərbaycanlıların torpaqları vəd edilir.

Njde eyni zamanda Bolqarıstanda diversiya üçün 30 erməni mənşəli agent hazırlayır, onları Krımda yerli əhalidən olan türklərə, Sovet ordusunda xidmət edən ermənilərə qarşı diversiyalara cəlb edir.

İşğal altında olan və əli yetən bütün əyalətlərdə əsir azərbaycanlılara isə xüsusi qəddarlıqla divan tutur.

Sovet Ordusu Sofiyaya yaxınlaşanda Njde və 17 diversant alman kəşfiyyatının agentləri kimi SMERŞ tərəfindən həbs edilir, Njde özü Moskvaya göndərilir, sonra İrəvan türməsinə köçürülür. Burada ona qarşı həmçinin Zəngəzur hadisələri zamanı tökdüyü nahaq qanlar barəsində də ittiham irəli sürülür.

1947-ci ildə o, 25 il həbs cəzasına məhkum olunur, Vladimir türməsində yatır, 1952-ci ildə İrəvana gətirilir, sonra cəzasını Bakı, Moskva, Saratov, Yekaterinburq, Rostov, Daşkənd şəhərlərinin həbs müəssisələrində çəkir, 21 dekabr 1955-ci ildə Vladimir türməsində vərəm xəstəliyindən ölür.

Njdenin basdırılmasına Ermənistanda icazə verilmədi, yalnız qalıqları 1983-cü ildə buraya gətirildi, bir müddət müxtəlif adamlarda saxlanıldı, sümüklərin hərəsi ayrı-ayrı yerlərdə basdırıldı.

Bəli, hazırda həyatı mübarizəsinin başlıca amalı türklərə qarşı ədavət və kinlə mayalanmış bu şəxs Ermənistanın xalq qəhrəmanı hesab edilir.

1990-cı illərdən başlayaraq Ermənistanda Njdenin faşist ideologiyasına əsaslanan, fəaliyyəti fundamental millətçilik xarakteri daşıyan bir neçə siyasi partiya meydana gəlib. Bunların üzvlərindən xeyli hissəsi Qarabağda gedən müharıbədə iştirak edənlərdən ibarətdir.

Erməni Apostol kilsəsi də mahiyyətcə həmin ideyaların təbliğatçısına çevrilib. Düşük erməni kahinləri Njdeni hətta peyğəmbər səviyyəsinə yüksəldiblər. Məşhur faşistin xatirələri aramsız olaraq çap olunur, haqqında filmlər çəkilir, portretləri hər yeri bəzəyir, adı İrəvandakı meydanlardan birinə verilib, şərəfinə 5,7 metrlik heykəl qoyulub, hərbi medal təsis edilib, 100 dramlıq sikkə də kəsilib.

Riyakarlığın, mənəviyyatsızlığın dərəcəsinə baxın! Ömrü boyu cismində faşist ideyaları daşıyan bir adamı bu qədər hörmətə mindirən ölkədən və onun başbilən “dahi”lərindən daha nə gözləmək olar?

...Erməni tiranizmi və faşizmi bir-iki ilin işi və nəticəsi deyil, əsrlər boyu qanla yoğrulmuş, məkr mayası ilə acımış xəmirdir. Nə vaxt kütə gedəcək, bilmirik.

Ancaq orası bəllidir ki, şər, böhtan, özgəsinin çörəyinə, ev-eşiyinə, torpağına göz dikmək erməni xislətidir, bunlar sonradan qazanılma deyil, ermənilərin qanındadır. Bu qanı damarlarında daşıyan Köçəryanın, Sarqsyanın aqibətləri bəllidir, əvvəl-axır bəd əməlləri üçün cavab verəcəklər.

Nikol Paşinyan da özünü üzdə nə qədər demokratik meyilli lider kimi göstərsə də, astarındakı erməni xislətini inkar edə biməz. Tarix əvvəl-axır bu astarı üzə çevirəcək!


İnform.az





Baxış sayı: 45