Türk dünyası
08.10.2018 / 08:30

Çarəsiz terrorçular uşaqların köməyinə möhtac qalıblar

Çarəsiz terrorçular uşaqların köməyinə möhtac qalıblar
Terror təşkilatları artıq öz sıralarını genişlətməkdə çətinlik çəkirlər.

İnform.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, onların çarəsizlikdən uşaqları qaçırıb təzyiq və təhdidlər öz təşkilatlarına qatdıqları ortaya çıxıb.

Digər tərəfdən terorçu qruplaşmasından birinin lideri olan Duran Kalkanın azyaşlı qız və oğlan uşaqlarını ətrafından ayırmadığı məlum olub.

Güc qurumlarına təslim olan bir çox terrorçunun ifadəsinə görə, üzvlərin azalması üzündən çətinliklərlə qarşılaşan bu qruplaşmalar uşaqlıarı qaçıraraq, onları kölə kimi işlətdikləri, onlara xəndək və cuxur qazdırdıqları, 9-14 yaşlı uşaqların əllərinə silah verib "uşaq tabor"u adı altında ölümə hazırladıqları, narkotik maddələrə alışdırdıqları, hər cür istismar edib, əxlaqsızlıqlar etdikləri müəyyənləşib.


İnform.az


Baxış sayı: 258