Diaspora Akademiyası
05.10.2018 / 12:35

Seymur Nəsirov Seyyid Şəriflə görüşüb

Seymur Nəsirov Seyyid Şəriflə görüşüb
Vətənpərvər” - Azərbaycanın Misirdə DiasporTəşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov, Misir parlament sədrinin birinci müaveni Seyyid Şəriflə görüşüb.

Birlikdən İnform.az-a verilən məlumata görə, diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.

Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib.

S.Nəsirov görüşdə Azərrbaycan həqiqətlərindən danışarkən, Xocalı da törədilən soyqırımından geniş söhbət açmışdır. Xocalı soyqırımının dünyanın bir çox ölkələrindəqəbul olduğunu diqqətə çatdırıb.

Misir Parlament sədrinin birinci müaveni Seyyid Şərif,sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib.

O, cənab prezident İlham Əliyevlə olan görüşdən geniş söbət açaraq, onun salamlarını Misir prezidenti cənab Əbdulfəttah Sisiyə çatdırdığını bildirib.

O, Azərbaycan xalqının qonaqpərvərliyi, Bakının gözəlliyi haqqında, Misirdə yüksək vəzivəli şəxslərə və dostları ilə geyiş söhbət açdığını qeyd edib.

S. Nəsirov ölkələrimiz arasında turizmin və ticari əlaqələrin inkişafı üçün viza alınmasının daha da sadələşdirilməsinin zəruriliyindən də şohbət açıb.

Seyyid Şərif Azərbaycandan qayıtdıqdan sonra, Azərbaycanla Misir arasında ticari əlaqələrin inkişafı ilə bağlı bir sıra görüşlər keçirdiyini qeyd edərək, viza alınmasının daha da sadələşdirilməsində yaxın günlərdə Misir tərəfindən ciddi addımlar atılacağını bildirib.

O, 25-26 oktiyabırda Bakıda keçiriləcək beynəlxalq formda məmnuniyyətlə iştirak edəcəyini də qeyd edib.

Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabıParlament sədrinin birici müaveninə hədiyyə edib.


İnform.az



Baxış sayı: 52