Elm-təhsil
05.10.2018 / 11:10

2018-2019-cu tədris ilində qarşıda duarn vəzifələr müzakirə edilib- GDU-da(Foto)

Gəncə Dövlət Universitetində (GDU) Elmi şuranın 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlcə universitetin rektoru, professor Yusif Yisibov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər səsə qoyulub və qəbul edilib.

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun 2017-2018-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunu və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında hesabatı dinlənilib.

İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında hesabat verib.

Elmi şurada həmçinin Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov fakültənin 5 illik fəaliyyəti haqqında hesabatla çıxış edib.

Sonda rektor Yusif Yusibov universitetin yeni elmi ad almış əməkdaşlarına fəlsəfə doktoru diplomlarını təqdim edib və gənc alimlərə gələcək elmi, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Bununla da Elmi Şuranın ilk iclası yekunlaşıb.


İnform.az

Baxış sayı: 166