Baş xəbər, Hüquq
05.10.2018 / 10:50

"Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 174