Din
05.10.2018 / 09:35

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib- Lənkəranda(Foto)

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib-
Dünən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Tibb kollecinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, Lənkəran Tibb kollecində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin əməkdaşları Samir Babayev, Ağakişi Baloğlanov,Lənkəran Tibb kollecinin müəllimiMuradəli Fərəcov və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Tibb kollecinin müəllimiMuradəli Fərəcov çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. M.Fərəcov keçirilən maarifləndirmə tədbirinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizmə qarşı mübarizə və gənc nəslin radikal dini qruplara qoşulmasının qarşısını almaq üçün onların düzgün dini bilgilərlə məlumatlandırılmasının vacibliyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verən E.Həmidli qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxışında ölkəmizdə dini radikalizmə qarşı mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. E.Fətəliyev bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəvi-psixoloji hazırlığı və ictimai dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu”adlı tədbir keçirilib-



İnform.az

Baxış sayı: 305