Sosial
05.10.2018 / 09:15

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ- Ehtiyatlı olun!

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ-
Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

BNA-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.


İnform.az

Baxış sayı: 623