Maqazin
04.10.2018 / 13:00

"Şeyma həyatımın ən önəmli bir parçasıdır..."- Acun Ilıcalı

"Şeyma həyatımın ən önəmli bir parçasıdır..."-
TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı “CNN Türk”ə müsahibə verib.

İnform.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, xanımı Şeyma Subaşı barədə verilən sualları cavablandırıb.

“Şeyma həyatımın ən önəmli bir parçasıdır. Bu gün olduğum yerə görə ona minnətdaram. İlham verən bir xarakteri var. O, enerjisi ilə məni yüksək tutur, yaradıcı olmağım üçün çalışır. Evlilikdə diqqət, anlayış və hörmət vacibdir. Bunlar da Şeymada var. Onu çox sevirəm”- deyə aparıcı bildirib.

Acun bildirib ki, Şeyma Subaşını çox qısqanır: “Bəzən qısqanma dərəcəsi artır. Başlayıram belə hallarda onu narahat etməyə. Onda başqa enerji var. Qadınlar bizim baxdığımız gözlə baxmır. Onlar fərqlidirlər”.



İnform.az

Baxış sayı: 89