Hərbi
04.10.2018 / 12:50

Almaniya İranı ballistik raket proqramını dayandırmağa çağırıb

Almaniya İranı ballistik raket proqramını dayandırmağa çağırıb
“Almaniya İranın ballistik raket proqramı ilə bağlı ABŞ-la eyni mövqedədir, sadəcə fərqli yanaşma sərgiləyir”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu fikirləri Almaniya Xarici İşlər naziri Heyko Maas səsləndirib.

Dünən Vaşinqtonda amerikalı həmkarı Mayk Pompeo ilə görüşən Maas İranın ballistik raket proqramına qarşı Almaniyanın ABŞ-la eyni mövqedə olduğunu vurğulayıb.

O, ölkəsinin də bu proqramdan narahatlığını və İranın Suriyadan çəkilməli olduğuna inandığını dilə gətirib.

Onun sözlərinə görə, buna baxmayaraq 2015-ci ildə imzalanmış nüvə sazişinin dayandırlması İranın nüvə proqramını yenidən hərbi məqsədlərə istiqamətləndirməsinə imkan verəcəyini diqqətə çatdırıb.


İnform.az

Baxış sayı: 179