Gündəm, Hüquq
04.10.2018 / 12:40

4 saylı orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr olunan tədbir keçirilib- Abşeronda(Foto)

4 saylı orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr olunan tədbir keçirilib-
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbdə Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin təşkilatçılığı ilə "Diqqət uşaqlar" təhlükəsizlikaylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə qeyd edilən idarələrin məsul əməkdaşları, məktəbin kollektivi, şagird və valideynlər iştirak ediblər.

Şagirdlər qarşısında çıxış edən Baş İdaənin əməkdaşları bildiriblər ki, rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirmətədbirləri mütamadi olaraq keçirilir.

Bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliyinin yüksədilməsinə Dövlət Yol Polisinin köməyini artırmaqdır.

Görüş zamanı tədbir iştirakçılarına yol hərəkət qaydaları ətraflı izah olunub vəyol mədəniyyətinin yüksədilməsi üzrə maarifləndirici söbətlər aparılıb.

Həmçinin şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır nəticələrdən bəhs edən video çarxlar da nümayiş etdirilib.Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib.

4 saylı orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr olunan tədbir keçirilib-


4 saylı orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr olunan tədbir keçirilib-


4 saylı orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr olunan tədbir keçirilib-


4 saylı orta məktəbdə “Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr olunan tədbir keçirilib-



İnform.az

Baxış sayı: 40