Elm-təhsil, Ədəbiyyat
04.10.2018 / 12:28

Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib- FOTO

Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib-
Oktyabrın 3-də AMEA Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib.

Bu barədə İnform.az-a Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.

Mərasimdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açıb.

Daha sonra tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, onun sözlərinə bəstələnən mahnılar ifa olunub

Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib-



İnform.az

Baxış sayı: 192