Türk dünyası
04.10.2018 / 11:50

Türkiyədə törədilən terror aktında şəhid olan hərbçilərin sayı 7-yə çatıb - YENİLƏNİB

Türkiyədə törədilən terror aktında şəhid olan hərbçilərin sayı 7-yə çatıb -
Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.

“Report” xəbər verir ki, terror aktında yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri hospitalda dünyasını dəyişib.

Yaralı 2 hərbçinin durumu ilə bağlı əlavə məlumat verilməyib.

*** 09:59

Türkiyədə törədilən partlayış nəticəsində 4 hərbçi şəhid olub, 5-i isə yaralanıb.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, hadisə ölkənin Batman əyalətinin Hasankeyf rayonunda baş verib.

Magistral yolda təhlükəsizliyi təmin edən hərbçilərin olduğu avtomobil ərazidən keçərkən əldəqayırma partlayıcı qurğu partladılıb.

Bölgədə terrorçulara qarşı irimiqyaslı anti-terror əməliyyatı başlayıb.


Report

Baxış sayı: 188