Türk dünyası, Baş xəbər, Siyasət
04.10.2018 / 09:45

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib- FOTO

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib-
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib.

Gəncə Şəhər İcra hakimiyyətindən İnform.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasında olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Xüsusilə turizm, mədəni və iqtisadi sahələrdə əməli addımların atılacağı barədə razılığa gəlinib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, hazırda xususi diqqət ayrılan istiqamətlərdən biri xarici sərmayədarların Gəncəyə cəlb edilməsi və bunun nəticəsində şəhərdə yeni iş yerlərinin açılmasıdır. Bu istiqamətdə türkiyəli iş adamları üçün müvafiq şərait yaradıla və lazımi dəstək verilə bilər.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk bir sıra təkliflərlə çıxış edib.

O, 29 oktyabrda Türkiyənin Respublika Günü münasibətilə Gəncədə tədbir və sərginin təşkilinin planlaşdırıldığını vurğulayaraq deyib:

“Sərgidə Osmanlı arxivlərində saxlanılan və Qafqazla əlaqəli olan sənədlər nümayiş etdiriləcək. XVI-XIX əsrləri əhatə edən sənədlərdə bölgə ilə bağlı bir sıra tarixi məlumatlar öz əksini tapıb.

Həmin sənədlər daha sonra Türkiyənin Gəncədəki Baş konsulluğunun binasında nümayiş olunacaqlar. Sərginin Gəncədəki ali təhil ocaqlarından birində də təşkil edilməsini arzu edərdik."

Bundan başqa, Gəncənin “Kəpəz” futbol klubu ilə Türkiyənin hər hansı bir futbol komandası arasında yoldaşlıq görüşünün təşkili də təklif olunub.

Baş konsul qeyd edib ki, bu, gənclər arasında olan dostluq və qardaşlıq əlaqələrin inkişafına xidmət edə bilər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səslənən təkliflərin dəyərləndiriləcəyini bildirib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib-


Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib-


Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib-



İnform.az

Baxış sayı: 249