Araşdırma
04.10.2018 / 11:00

İrəvanda faşizmə abidə-Qaregin Njde "Qəhrəmannamə"si

İrəvanda faşizmə abidə-Qaregin Njde
Aydın Hüseynov


Heç kəsə sirr deyil ki, zəmanəmizdə mütəfəkkir humanistlərin abidələri ilə yanaşı əzazil kralların bütləri də əzizlənib mühafizə olunur.

Ona görə də İrəvanın mərkəzində ötən əsrin ən qəddar terrorçularından biri Qaregin Njdenin heykəlinin qoyulması heç də sensasiya deyil.

Yəni terrorizmin hakim ideologiyaya çevrildiyi bir məmləkətdə faşist satrapına abidə ucaldılması adi görüntüdür.

İş bununla bitmir. Son illərdə ermənilərin mətbuatda, sosial şəbəkələrdə gözə soxduqları Njde “qəhrəmannaməsi”, millətçilik təbliğatı ilə erməni kütlələrinin beynini xarab etmiş “dahiyanə njdemaniya” dalğası elementar məntiqə sığmır.

Faşızmə yuvarlanan millətçilik, bu mənhus ideyaya yoluxub xumarlanan sadə adamları da bəlaya gətirib çıxarır. “Ağıldan bəla” elə buna deyirlər.

Erməni terrorizmi barədə tarixən gec olsa da, xeyli yazılıb. Yaxşı bilirik ki, erməni terrorizmi faşist terrorizminin astar üzüdür, bir qədər dərinə getsək, görərik ki, elə faşizmin özüdür.

Çünki erməni təcavüzünə müharibə demək olmaz, bu, davadan da dəhşətli bir aktdır. Müharibəni belə etmirlər, onun da öz qanun-qaydaları, nizamı var. Azərbaycan öz tarixi boyu neçə-neçə təcavüzə məruz qalıb, beləsi isə görünməyib.

Hunların, xəzərlərin, ərəblərin, monqollarıın və qeyrilərinin hücumları erməni təcavüzünün yanında nə idi ki?!
Qədimdə üstümüzə hücum çəkənlərin əksəriyyəti köçəri idilər, əslində torpaqlarımızı zəbt eləməyə gəlməmişdilər, onlara at belində daşına biləcək xəzinələr, sərvətlər, mal-qara və qoyun sürüləri, qısası, yaşamaq üçün təminat lazım idi.

Bu ermənilərin isə qəlbi kin-küdurətlə doludur, qarşılarına insanlıqla bir araya sığmayan məqsədlər qoyublar: xalqımızı bir etnos kimi Yer üzündən silmək, kökümüzü-soyumuzu məhv eləmək.

Qaregin Njde də öz qarşısına məhz kütləvi iğtişaşlar qaldırmaqla qeyri xalqlardan təcrid olunmuş təmiz erməni dövləti yaratmaq, bu məqsədlə erməni millətindən olmayanları qırmaq vəzifəsini qoyurdudu və bu vəzifəni fürsət düşdükcə yerinə yetirirdi.

Onun erməni xalqı qarşısında xidməti də elə bundan ibarət idi, Bu qatı caninin türklərə, azərbaycanlılara, ruslara, yəhudilərə, kürdlərə qarşı törətdiyi cinayətlərin sayı-hesabı bilinmir. Deməli, faşizmi dolayı yolla deyil, birbaşa dəstəkləyən hazırkı erməni millətçiləri Njdeni ona görə göylərə qaldırırıb başına and içirlər ki, bu adam digər xalqlara qarşı olmazın cinayətlər törətmişdir, bu səbəbdən hətta erməni xalqının başına gətirdiklərini də bağışlamağa hazırdırlar.

Avropada faşizmin meydana gəlməsini XX əsrin 20-30-cu illərinə aid edirlər, Hitler Almaniyasını, Mussolini İtaliyasını, Franko İspaniyasını faşizmin vətəni sayırlar.
Lakin erməni faşizminin tarixi bundan çox uzaqlara gedib çıxır.

Erməni rəhmsizliyi, qəddarlığı, onun təcavüz, qəsbkarlıq və təxribatçılıq ideyaları tarixi köklərə söykənir.

XVIII əsrdə I Pyotr kimi «əjdahanı» barmağına sarıyıb istədiyinə nail olan İsrail Orinin əməlləri, XIX əsrin ikinci yarısında Türkiyədə yüz minlərlə türkün öldürülməsi, ötən əsrin əvvəllərində tayqulaq Andranikin, Dronun, Lalayanın, Amazaspın törətdikləri vəhşiliklər, Zəngəzurda Dərələyəzdə, Şamaxıda, Qubada, Göyçayda, Salyanda, Kürdəmirdə, Lənkəranda dinc insanların qətlə yetirilməsi, S.Şaumyanın təşkilatçılığı ilə Bakıda alovlanmış 1918-ci ilin mart qırğınları zamanı üç gündə 12 min günahsız adamın məhv edilməsi adi faşizm yox, qeyri-adi faşizm idi.

Erməni faşizmi ilə Hitler tiranizminin qohumluğu, bir bədheybətin əkiz övladı olduğu bu misallardan çox aydın görünür və Hitlerin satrapının da xisləti bundan o yana ola bilməzdi.

Lakin faktın böyüyü odur ki, erməni faşizminin qarşısının vaxtında alınmaması erməni neofaşizminə keçdi, Qarabağ faciəsinə, Xocalı soyqırımına gətirib çıxartdı. Bunlar isə, şübhəsiz, hələ XIX əsrdə ermənilərin başbiləni Raffinin yaratdığı təlimin, sonradan köhnə və müasir daşnaqların işləyib hazırladıqları etnik təmizləmə ideyalarının planlı şəkildə yerinə yetirilməsi deməkdi.

Həmin təlim üzərində daha bir mənhus təlim yaradan Qaregin Njde isə erməni milli-azadlıq hərəkatının qəhrəmanı sayılır, başdan ayağa kimi faşist konsepsiyasına əsaslanan, milli birlik pərdəsi altında irqi ayrı-seçkilik mahiyyəti daşıyan “Seqakronizm” erməni milli ideologiyasının banisidir. Təsadüfi deyil ki, “Seqakron” sözü “irq” mənasını verir, əsas məsələ kimi qatı millətçilik ruhunu ifadə edir.

Davamı var...


İnform.az

Baxış sayı: 97