Şərhlər
04.10.2018 / 00:00

Öncə zibil qutusu, sonra CƏRİMƏ...

Öncə zibil qutusu, sonra
Əmrah Fəqanoğlunun facebook səhifəsindən:

Zibili küçəyə atmağa görə cərimə məbləği artırılır, lap yaxşı.

Siqaret kötüyünü yerə atmağa görə cərimə tətbiq olunacaq, lap əla, bəyənilsin!

Amma... Amması budur ki, zibilin, siqaret kötüyünün yerə yox, zibil qutusuna atılması üçün addımbaşı zibil qutuları qoyulmalıdır.

İki il hərbi xidmət keçdiyim Estoniyanın paytaxtı Tallinn şəhərində yerə zibil atan bir nəfərlə də rastlaşmadım.

Əvəzində on addımdan bir kiçik həcmli, ağzı qapaqlı, içərisi vaxtaşırı boşaldılan zibil qutularına rast gəlirdim.

Problemi həll etmək istəyirsənsə, ondan çıxış yolunu da göstərməlisən.

Əks təqdirdə, nə qanun, nə cərimə, nə də ictimai qınaq işə yarayacaq...

Zibil qutuları olmayandan sonra adam zibili, siqaret kötüyünü özü ilə gəzdirməlidir?


İnform.az

Baxış sayı: 926