Texnologiya
03.10.2018 / 18:30

Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək- FOTO

Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək-
Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Report-un xəbərinə görə, Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib ki, bundan əlavə olaraq “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

O qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Naxçıvan Avtomobil Zavodunun direktoru vurğulayıb ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur.

Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb.

Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan “NAZ-LİFAN 820” və “NAZ-LİFAN 330” modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan “NAZ-LİFAN 620” modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş “NAZ-LİFAN 650” (“NAZ-LİFAN 620-II”) modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən “NAZ-LİFAN X60” modeli istehsal olunur.

M.Abdullayev deyib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin respublikamızda istehsal olunması da planlaşdırılır.

Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək-


Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək-


Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək-



İnform.az

Baxış sayı: 60