Sosial
03.10.2018 / 16:15

Kvota və balıqovlama biletinin qiymətləri

Kvota və balıqovlama biletinin qiymətləri
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindəvə daxili su hövzələrində balıq ovlamaq üçün verilənkvota və balıqovlama biletləriödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir.

Bir ton balıq ovuna icazə alınması üçün Kütüm, Şamayı, Xəşəm, Xərçəngkimilər-287, Çəki, Sıf-230, Siyənək-143,75, Kilkə-57,50, Kefal, Çapaq, Külmə, Qarasol və digər balıq növləri-115 manat ödəniş edilir.

Хarici vətəndaşlar göstərilən balıqnövləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir.

Kvota və balıqovlama biletiEkologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.


İnform.az

Baxış sayı: 57