Elm-təhsil
03.10.2018 / 15:30

Növbəti startap turunun qalibləri - AzTU-nun tələbələri(Foto)

Növbəti startap turunun qalibləri -
Bu gün Azərbaycan Texniki Universitetində "İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, öncə, “İdeyadan Biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verilib.

Bildirilib ki,“İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir.

Qeyd edilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı “Azercell” şirkətidir.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin prorektoru, professor Sübhan Namazov startap turunun iştirakçılarını salamlayıb və universitetin rektor əvəzi, professor Xalıq Yahudovunlayihəyəuğurlar arzuladığını diqqətə çatdırıb. Prorektor qeyd edib ki, “İdeyadan Biznesə” layihəsi gənclərdə düşünmə və komanda halında işləmək bacarığı formalaşdırmaqla yanaşı, ölkəmizdə innovativ düşüncə tərzinin təbliği baxımından böyük əhəmiyyətli kəsb edir.

NRYTN-nin İKT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və Azərbaycan Gənclər Fondu nümayəndəsi Ramil Məmmədov da çıxışlarında “İdeyadan Biznesə” layihəsinin önəmindən danışıblar.

Startap turu çərçivəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Təlimdən sonra, peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət13komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən, biznes sxemləri hazırlanıb. Qeyd edək ki, bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində iş planlarının hazırlanmasında çox mühüm yer tutur.

Daha sonra komandalar 3 dəqiqə ərzində öz layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.

Müsabiqədə I yeri “EAGLE 1”, II yeri “Miracl crystale”, III yeri isə “Just-Discover and live it” komandası tutub.

Tədbirin yekununda qaliblər mükafatlandırılıb və 8 oktyabrda Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.

Sərgi-konfransın keçiriləcəyi 4-7 dekabr tarixinədək qaliblər layihələrinin prototipini hazırlamalıdırlar.

Növbəti startap turunun qalibləri -


Növbəti startap turunun qalibləri -


Növbəti startap turunun qalibləri -


Növbəti startap turunun qalibləri -


Növbəti startap turunun qalibləri -



İnform.az


Baxış sayı: 73