Elm-təhsil
03.10.2018 / 13:49

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcəklər

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcəklər
AMEA Rəyasət Heyətivə Bakı Dövlət Universitetinin elmi şurasının3 oktyabr tarixli birgə iclasında akademiyanın gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb.

AMEA-nın İctmaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu islahatların mühüm istiqamətlərindən biri kimi AMEA-nınmagistrant və doktorantlarının tədris müddətində yataqxana ilə təmin edilməsinin vacib olduğu vurğulanıb.

İclasda akademiyada təhsil alan magistrant və doktorantlarının sosialproblemlərinin aradan qaldırılması üçün onların tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi qərara alınıb.


İnform.az

Baxış sayı: 54