Sosial
03.10.2018 / 10:05

Bu yollarda rənglənmə işləri aparılır- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu yollarda rənglənmə işləri aparılır-
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60-cı km-də və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


İnform.az

Baxış sayı: 171