Elm-təhsil
02.10.2018 / 17:20

ANAMA ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişi imzalanıb- FOTO

ANAMA ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişi imzalanıb-
2018-ci il 2 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişinin imzalanması mərasimi keçirilib.

ANAMA-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tərəflər arasında “Pilotsuz uçuş aparatları, dronlar, insanı güllədən və soyuq silahdan qoruyan zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi – mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınması haqqında” Niyyət Sazişi imzalanib.

Tədbirdə ANAMA Direktoru cənab Qəzənfər Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti, AMEA-nın vitse-prezidenti Akademik İbrahim Quliyev, AMEA-nın Yüksək Texnologiyalar Parkının Direktoru i.e.f.d. Nazim Şükürov, Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri s.e.d. Fətəli Abdullayev, eləcə də AMEA-nın bir sıra müxbir üzvləri iştirak ediblər.

ANAMA ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişi imzalanıb-


ANAMA ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişi imzalanıb-


İnform.az

Baxış sayı: 265