Baş xəbər, İdman
02.10.2018 / 12:50

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-
Bu gün Gəncə şəhər Heydər Əliyev mərkəzində Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət rəsmiləri və ölkəmizin Qərb bölgəsində yerləşən 9 rayonun 800-ə yaxın ən fəal gənci iştirak ediblər.

"Azərbaycan Xalq Cümhuriyyəti ili"nin qeyd edildiyi dönəmdə Azərbaycan Gənclərinin növbəti Forumunun məhz AXC hökumətinin işə başladığı şəhərdə baş tutması rəmzi məna daşıyır.

Qeyd edək ki, ilk toplantının mövzusu - Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir. Gənclər və idman naziri Azad Rəhimov çıxışında deyib: “Bu gün bu zala ölkəmizin Qərb bölgəsində yerləşən 9 rayonun ən fəal gəncləri toplaşıb. Bu bölgəmizin təbiəti səfalı və zəngin, iqtisadiyyatı çoxşahəli, insanları savadlı, işgüzar, cəsarətli, ənənələri möhkəm və genişdir. Bir ay ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə ediləcəkdir. Bu müzakirələrdə 2 mln 700 min Azərbaycan gəncini təmsil edən yüzlərlə nümayəndə iştirak edəcək.”

Nazir Azad Rəhimov Gənclər və İdman Nazirliyinin yeni nəslin vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyəsini 3 istiqamətdə apardığını bildirdi. Nazir qeyd etdi ki, vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi - xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi - xalqa, Vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, və üçüncüsü - praktiki hərəkət.

Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçiridiyi layihələrdən geniş şəkildə söz açıb. Nazir ölkə başçısı cənab İlham Əliyevin gənclərlə görüşlərində dəfələrlə müstəqilliyimizin qorunmasında məhz gənclərin əvəzsiz rolu olduğunu vurğuladığını diqqətə çatdırıb.

Azad Rəhimov bildirib: “Vətənpərvərliyi illərlə tərbiyə edirsən, onun nəticəsi isə bir an ərzində özünü göstərir. Mübariz İbrahimov, aprel döyüşçülərinin qəhrəmanlığı buna bariz nümunədir. Azərbaycan gənclərinin, bütün cəmiyyətin həmin günlər yüksək vətənpərvərlik ruhu da, onu göstərir ki, Azərbaycan gəncləri düzgün tərbiyə edilir, onlar layiqli vətəndaşdır.”

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-


Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-


Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-


Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-


Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-


Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb-



İnform.az



Baxış sayı: 65