Hüquq
02.10.2018 / 12:30

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar- Naftalanda(Foto)

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar-
Naftalan Şəhər Polis Şöbəsinə sentyabrın 23-ü axşam saatlarında fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.

Zərərçəkən qeyd edib ki, evindən ümumi dəyəri təxminən 11 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İnform.az-a verilən məlumata görə məsələ ilə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri “qənimətləri” də istintaqa təhvil veriblər.

Araşdırmalar zamanı o da məlum olub ki, bu, “qəhrəmanların” ilk oğurluq cinayəti deyil.

Belə ki, Ruslan Əsgərov Goranboy rayonun Balakürd kəndində yayaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər oradan oğurluq etməyi qərarlaşdırıblar.

Bisinin evindən 15 min manatlıq qızıl zinət əşyası, 1500 manat pulu talayan Ruslan Əsgərov və cinayət ortağı bir neçə gün sonra eyni üsulla Naftalanda başqa bir məznili qarət ediblər. Oradan xeyli miqdarda qızıl zinət əyası və pul götürsələr də, bu dəfə məsuliyyətdən yayına bilməyiblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar-


Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldılar-



İnform.az

Baxış sayı: 59