Gündəm, Türkiyə
02.10.2018 / 12:10

"PKK Türkiyə üçün real təhlükədir..."- Ərdoğan

"PKK Türkiyə üçün real təhlükədir..."-
"Türkiyənin məqsədi təkcə öz ərazisində yox, həm də İraqda PKK-nı tamamilə məhv etməkdir..."

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında bir sıra yaşayış məntəqələrini PKK-dan təmizləyib:

“Biz öz sərhədlərimiz yaxınlığında terror strukturlarının yaradılmasına və möhkəmlənməsinə imkan verməyəcəyik”.

Prezident əlavə edib ki, PKK Türkiyə üçün real təhlükədir.


İnform.az

Baxış sayı: 48