Maqazin
02.10.2018 / 11:17

Roza Zərgərlinin imtina etdiyi maşın kimə veriləcək?- Açıqlandı

Roza Zərgərlinin imtina etdiyi maşın kimə veriləcək?-
Xalq artisti Murad Dadaşov “Maşın” realiti şouda Roza Zərgərlinin qazanıb götürmədiyi avtomobildən danışıb.

İnform.az oxu.az-ın xəbərinə istinadən bildirir ki,o, jurnalistlərə açıqlamasında bildirib ki, avtomobili tamaşaçıya verəcəklər.

“Maşını hələ də saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Roza maşından imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz, nəzər, söz-söhbət var ki...

İlk dəfə deyirəm ki, avtomobili tamaşaçıya verəcəyik. Bir formada yarış keçirəcəyik, tamaşaçıya təqdim edəcəyik”.

Qeyd edək ki, müğənni Roza Zərgərli maşının xeyriyyə məqsədilə istifadə edilməsini istəmişdi.


İnform.az

Baxış sayı: 955