Gündəm, Elm-təhsil
02.10.2018 / 10:40

ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkan ıməhdud gənclərin qonağı olublar- FOTO

ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkan ıməhdud gənclərin qonağı olublar-
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)Müzeyşünaslıq ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri, o cümlədən universitetin məzun və əməkdaşları29 sentyabr 2018-ci iltarixində Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, ziyarətçilər mərkəzin sakinləri iləsağlamlıq imkanları məhdud gənclərincəmiyyətə verdiyi töhfə, ölkədaxili və beynəlxalq arenada qazandıqları uğurlar haqqında fikir mübadiləsi aparıblar.

Görüş əsnasında ali təhsil müəssisəsinin təmsilçiləriAzərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və federasiyasının üzvləri ilə də görüşüblər.

ATMU nümayəndələri idman növü haqqında ətraflı məlumatlandırılmaqlabərabər,adı çəkilən oyunda öz qüvvələrini sınayıblar.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzisakinlərinin əl işləri ilə tanışlıqdan sonra Azərbaycan Turizm və Menecment Universitetitələbələrininhazırladıqları hədiyyələrin təqdim olunması ilə görüş başa çatıb.

ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkan ıməhdud gənclərin qonağı olublar-


ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkan ıməhdud gənclərin qonağı olublar-


ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkan ıməhdud gənclərin qonağı olublar-



İnform.az

Baxış sayı: 242