Elm-təhsil
01.10.2018 / 14:10

HSŞ-la bağlı sayt təqdim olunub- AzTU-da(Foto)

HSŞ-la bağlı sayt təqdim olunub-
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat Sənayesində Şəffaflıq hesabatlığının elektron hökumət sisteminə inteqrasiyası yollarının araşdırılması və müvafiq təkliflərin hazırlanması” layihəsini başa vurub.

Müasir dövrümüzdə insanların informasiyaları daha rahat şəkildə əldə etmələri İKT-nin inkişafı sahəsində prioritet istiqamətlərdəndir.

AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, mobil və veb tətbiqlər vətəndaşlar üçün lazımı məlumatları tez əldə etmə, bu istiqamətdə qərar vermə zamanlarını daha sürətləndirmək kimi imkanlar yaradır.

Hazırda vətəndaşlar demək olar ki, HSŞ-yə aid məlumatarı yalnız jurnal və ya internet mediasından əldə edirlər.

Həyata keçirilən layihədə isə vətəndaşların bu məlumatları daha müasir formalarda əldə etmələrində olan problemlərin aradan qaldırılması istiqamətində araşdırmaların aparılması və təkliflərin hazırlanması nəzərdə tutulurdu.

Layihənin məqsəd və vəzifələrini “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”ndan irəli gələn tədbirlərin həyata keçirilməsinə, vətəndaşların HSŞ hesabatlılığına aid məlumatları asan formada əldə etmələr yardımçı olmaqdır.

Həmçinin layihə çərçivəsində HSŞ-la bağlı xəbərlərin və hesabatların yer aldığı eit.az saytı da hazırlanaraq vətəndaşlara təqdim olunub. L

Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində saytın təqdimat mərasimi keçirilib.

Təhsil ocağının tələbə və müəllim kollektivinə saytda yer alan məlumatlar, funksionallığı, kontenti barədə məlumatlar verilib. Bundan başqa layihənin məqsədlərinə uyğun olaraq hazırlanan bukletlər tələbələrə paylanılıb.

HSŞ-la bağlı sayt təqdim olunub-


HSŞ-la bağlı sayt təqdim olunub-


HSŞ-la bağlı sayt təqdim olunub-


HSŞ-la bağlı sayt təqdim olunub-



İnform.az

Baxış sayı: 202