Diaspora Akademiyası
01.10.2018 / 08:30

Diaspor rəhbəri Misirin baş müftisi (şeyxi) professor Şəvqi Əlləm ilə görüşüb

Diaspor rəhbəri Misirin baş müftisi (şeyxi)  professor Şəvqi Əlləm ilə görüşüb
“Vətənpərvər” - Azərbaycanın Misirdə DiasporTəşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov, Misirin baş müftisi (şeyxi) professor Şəvqi Əlləm ilə görüşüb.

İnform.az-ın xəbərinbə görə, diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb.

“Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib.

Professor Şəvqi Əlləm Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münsaibəti ilə Azərbaycan xalqını təbrik edib.

O, 2017-ci il dekabr ayında, İsalm həmrəyliyi ilə bağlı Bakıda keçirilən yekun konfransda iştirakından söhbət açarkən, Cənab Prezident İlham Əliyevlə səmimi görüşdən də söhbət açmışdır. Söhbət əsnasında müfti həzrətləri Bakı şəhərinin gözəlliyini Azərbaycanın xalqının qonaqpərvərliyini xüsusi qeyd edib.

O, Misir fətva evi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında yüksək əlaqənin olduğunu və onlar arasında qarşılıqlı səfərlərin gündən günə artdığını da vurğulayıb.

S. Nəsirov Misir tarixində əvəzsiz rol oynamış əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər və alimlərdən geniş söhbət açıb.

Onlar arasında, əslən azərbaycanlı olmuş böyük alim İbn Həcib əl-Düvini, Əbdulhəmid əl-Şirvani, Misir müftisinin marağına səbəb olmuşdur. O, böyük alim İbn Həcibin kitablarını dəfələrlə oxuduğunu bildirib.


İnform.az

Baxış sayı: 175