Baş xəbər, Hüquq
01.10.2018 / 01:00

Prokurorluq orqanlarıının yaradılmasının 100 yaşı tamam olur- Azərbaycanda

Prokurorluq orqanlarıının yaradılmasının 100 yaşı tamam olur-
1 oktyabr- Prokurorluq orqanları əməkdaşlarının peşə bayramıdır.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edir. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövr başlanıb. Bu dövrdə ölkəmizin prokurorluq orqanları qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə inkişaf yolu keçib.

Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ulu öndərin daimi diqqət mərkəzində olub. “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı ilə təsdiq edilib.

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncam bu böyük şəxsiyyətin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq təzahürüdür.

Ulu öndər Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə Azərbaycanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı söylədiyi proqram xarakterli nitqi bu gün də öz aktuallığını saxlamaqdadır.

«Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…» Bu sözlər möhtərəm Prezidentimizin 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı söylədiyi proqram xarakterli nitqindən götürülüb.

Ölkəmizdə Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində prezident İlham Əliyev tərəfindən dövlətçilik siyasəti uğurla həyata keçirilir. Bu gün prokurorluq orqanlarının hər bir əməkdaşı ölkə rəhbərliyinin diqqət və qayğısını yaxından hiss edir.

Dövlət başçısının prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında verdiyi sərəncamdan sonra Prokurorluq orqanları işçilərinin və hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların xüsusi rütbəyə görə əlavə haqqının məbləğləri Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə müvafiq maaşlarının məbləğləri səviyyəsində müəyyən edilib.

2006-cı il dekabrın 1-dən isə prokurorluq işçilərinin aylıq vəzifə maaşları artırılıb. “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında” ölkə başçısının sərəncamında prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədi ilə Nazirlər Kabinetinə 2009-2011-ci illər üçün dövlət büdcələrinin layihələri hazırlanarkən Dövlət Proqramının həyata keçirilməsi üçün zəruri vəsaitin ayrılması tapşırılıb.

Azərbaycan prezidenti Prokurorluğunun 90 illik yubileyi münasibətilə bir qrup prokurorluq əməkdaşını ali xüsusi rütbələrlə, eləcə də fəxri adlar və medallarla təltif edib.

Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də xeyli işlər görülüb.

Belə ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Eləcə də Xətai, İsmayıllı, Gədəbəy, Hacıqabul, Göygöl, Ağsu, Qobustan və Xocalı rayon prokurorluqlarının inzibati binaları dövlət proqramına uyğun olaraq inşa olunub, Suraxanı rayon prokurorluğunun inzibati binası yenidən qurulub.

Dövlət başçısının önəm verdiyi və uğurla aparılan islahatlar prokurorluğun strukturunu daha da təkmilləşdirir, “Prokurorluq haqqında” Qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə görülən işlərin səmərəliliyi getdikcə artır.

2013-cü il sentyabrın 30-da Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı oldu. Bu gün ölkədə uğurla gedən inkişaf prosesinə mane olan maneələrin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır. Odur ki, korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzindədir.


Mənbə:aztv.az

Baxış sayı: 282