Elm-təhsil
28.09.2018 / 14:00

Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub- FOTO

Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Məqsəd rəsədxana ilə tanışlıq və müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Rəsədxananın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, müxbir üzv Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və Sofiya şəhərinin merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru, dosent Todor Çobanov daxil idilər.

Əvvəlcə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının yaranma tarixindən, astrofizika sahəsində görkəmli Azərbaycan alimlərindən, son illərdə bu sahədə aparılan tədqiqatlardan, müəssisənin beynəlxalq əlaqələrindən, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat işlərinin aparılmasından danışıb.

Sonra ŞAR-ın şöbə müdiri, f-r.ü.f.d­­, dos. Canməmməd Rüstəmov ŞAR-ın 2 m-lik teleskopu vasitəsilə aparılan elmi-tədqiqatlar barəsində gələn qonaqlara məlumat verib.

Daha sonra ŞAR-ın şöbə müdiri f.-r.ü.f.d.,dos. Ə.Ə.Ətayi qonaqlara Nəsirəddin Tusi və rəsədxanada yaradılan planetlər laboratoriyası, həmçinin görülən elmi işlər barəsində danışıb.

BEA-nın sədri rəsədxanada yaradılmış innovativ şəraiti, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib, müvafiq istiqamətlərdə elmi əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Sonda Bolqarıstanlı qonaqlar ŞAR-ın astronomiya muzeyi və 2 m-lik teleskopu ilə tanış olublar. Onlara 2 m-lik teleskopda quraşdırılan müasir cihazlar haqqında məlumat verilib.

Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-


Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-


Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-


Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-


Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-


Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-


Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub-



İnform.az

Baxış sayı: 221