Hərbi
27.09.2018 / 16:45

Minaatan mərmisi aşkarlanıb- Tərtərdə(Foto)

 Minaatan mərmisi aşkarlanıb-
Tərtərin Şıxarx qəsəbəsində həyətyanı sahədə 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin(ANAMA) İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu gün saat 12:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 Minaatan mərmisi aşkarlanıb-


 Minaatan mərmisi aşkarlanıb-


 Minaatan mərmisi aşkarlanıb-


 Minaatan mərmisi aşkarlanıb-


 Minaatan mərmisi aşkarlanıb-


 Minaatan mərmisi aşkarlanıb-



İnform.az



Baxış sayı: 203