Sosial
27.09.2018 / 14:45

“Beynəlxalq Dəniz günü” ilə bağlı seminar keçirilib

“Beynəlxalq Dəniz günü” ilə bağlı seminar keçirilib
“Beynəlxalq Dəniz günü” ilə əlaqədarEkologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 225 saylı tam orta məktəbində seminar keçirilib.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi” mövzusunda keçirilən seminarda məktəblilərə Xəzər dənizinin çirklənmədən qorunması, ekoloji vəziyyətinin yaxşılaşdırılması, bioloji ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.


İnform.az

Baxış sayı: 201