Maqazin
27.09.2018 / 13:00

Cemma XALİD- VİDEO

Cemma XALİD-
Mən bu müğənnini özüm üçün kəşf etmişəm.

Gözəl oxuyur.

CEMMA - "Ovod" əsərinin qəhrəmanıdır. Əsil adı CAMUNADIR (Zəminə). Atası YUSİF - Mərakeşlidir - . Anası rusdur. Soyadı atasınınkıdır - XALİD.

Moskvada anadan olub. Altı yaşında ailə dağıldığından himayəsiz qalıb, internatda təhsil alıb, həyatı çətinliklə keçib, Tverskaya küçəsində yeraltı metro keçidlərində oxuyub, bu yolla çörəkpulu qazanaraq birtəhər dolanıb, musiqi təhsili alıb, müxtəlif müsabiqələrin qalibi olub.

Yaradıcılığına qiymət verilməməsinə, soyadına və yoxsul vəziyyətinə görə rişxəndlərə dözməyib mühacirət edib. Hazırda Amerikada yaşayır, populyar müğənni kimi sevilir.

6 albomu var, kifayət qədər varlıdır, amma səfalətli keçmişini yaddan çıxarmır, bu mənada "Yeraltı keçid" mahnısı məşhurdur. O, həm də kökünə-əcdadına hörmət əlaməti olaraq ata soyadını daşıyır.

Amerikalılar təmiz şərq koloriti daşıyan bu ekzotik soyadı o qədər də anlamırlar, amma buna o qədər də fikir vermirlər. Musiqini başa düşənlərçün əsas məsələ sənətdir. Ruslar da indi bunu anlayıblar.

Qeyd: XALİD - ərəbcə ƏBƏDİ deməkdir.





Aydın Hüseynov/İnform.az

Baxış sayı: 331