Elm-təhsil
27.09.2018 / 10:20

Təhsil Nazirliyinin "BİR" Tələbə-Könüllü Proqramı GDU-də(Foto

Təhsil Nazirliyinin "BİR" Tələbə-Könüllü Proqramı
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının Gəncə Dövlət Universitetində təqdimatı keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, tədbirdə tələbələrə www.konullu.edu.az saytında tətbiq olunan “Online sertifikat sistemi”barədə məlumat verilib.

Qeyd olunub ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.

Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş etdirilib.

Növbəti təqdimatlar Mingəçevir Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçiriləcək.

“Bir” Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 17 mindən çox könüllü bazasına malikdir.

Təhsil Nazirliyinin "BİR" Tələbə-Könüllü Proqramı


İnform.az

Baxış sayı: 183