Elm-təhsil
26.09.2018 / 20:00

Professor İbrahim Əzizov beynəlxalq konfransda- FOTO

Professor İbrahim Əzizov beynəlxalq konfransda-
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Xloroplastların fotokimyası” laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü, professor İbrahim Əzizov Ukraynanın Yaremçe şəhərində “Orqanizmlərin eksperimental təkamülünün amilləri" mövzusunda keçirilən XIII beynəlxalq konfransda iştirak edib.

Qeyd edək İbrahim Əzizov Ukrayna “Genetiklər və Seleksiyaçılar” cəmiyyətinin, həmin cəmiyyətin konfranslarının təşkilat komitəsinin və “Orqanizmlərin eksperimental təkamülünün amilləri” və “Vestnik” jurnallarının redaksiya heyətinin, həmçinin Ukraynanın “Radiobiologiya” cəmiyyətinin, həmin cəmiyyətin konfranslarının təşkilat komitəsinin üzvüdür.

Ukrayna Genetikləri və Seleksiyaçılarının Vavilov adına elmi forumun, Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetiklər İnstitutu, İvano-Frankovsk Milli Tibb Universitetinin Tibbi biologiya və tibbi genetika kafedrasının birgə təşkilatçılığı ilə keçirilən Konfrans Ukrayna Milli Elmlər Akademiyasının yaradılmasının 100 illiyinə həsr olunub.

Konfransda genetika və seleksiya sahəsində çalışan tanınmış alimlərin məruzələri dinlənilib.

İ.Əzizovun “Natrium xlorid duzunun yumşaq buğda genotiplərinin morfoloji xüsusiyyətlərinə təsiri” mövzusunda etdiyi məruzə konfransda təşkil olunan komissiya tərəfindən ən yaxşı məruzə kimi qiymətləndirilmiş və diploma layiq görülüb.

Professor İbrahim Əzizov beynəlxalq konfransda-


Professor İbrahim Əzizov beynəlxalq konfransda-


Professor İbrahim Əzizov beynəlxalq konfransda-


Professor İbrahim Əzizov beynəlxalq konfransda-


Professor İbrahim Əzizov beynəlxalq konfransda-



İnform.az

Baxış sayı: 183