Elm-təhsil
26.09.2018 / 17:00

GDU-nin müəllimləri İtaliyanın Ka-Foskari Universitetində kurs keçəcəklər- FOTO

GDU-nin müəllimləri İtaliyanın Ka-Foskari Universitetində kurs keçəcəklər-
Gəncə Dövlət Universitetinin 5 nəfər müəllimi İtaliyanın Ka-Foskari Universitetində akademik təkmilləşmə kursu keçəcək.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən İnform.az-a verilən xəbərə görə, bu münasibətlə rektor, professor Yusif Yusibov beynəlxalq proqramda iştirak etmək hüququ qazanmış müəllimlərlə görüşüb.

Rektor bildirib ki, beynəlxalq əlaqələrinin coğrafiyasını ildən–ilə genişləndirən Gəncə Dövlət Universiteti həm də İtaliyanın Venesiya şəhərində yerləşən Ka Foskari Universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq qurub.

Məhz bu əməkdaşlıq çərçivəsində hər iki universitet 2018-ci ilin yanvarından Avropa Komissiyasının maliyyə vəsaiti hesabına “ERASMUS + KA 1” mübadilə layihəsini həyata keçirməyə başlayıb.

Layihənin məqsədi universitet müəllimləri və doktorantları üçün italiyan dili kursları təşkil etmək və akademik heyətin həmin universitetə mübadiləsini təmin etməkdir.

Professor Yusif Yusibov qeyd edib ki, icra olunan layihə çərçivəısində italiyalı mütəxəssislər – Ka Foskari Universitetində İTALS Dil laboratoriyasının müdiri, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Maugeri fevralın 1-dən Gəncə Dövlət Universitetində italyan dilinin tədrisinə başlayıblar.

Xarici dillər faklütəsinin müəllimləri üçün nəzərdə tutulmuş italyan dilində iki həftəlik intensiv təkmilləşdirmə kursundan sonra mənimsənilən biliklərin yoxlanılması üçün imtahan təşkil edilib.

Həmin imtahanda uğur qazanan əməkdaşlar Ka Foskari Universitetində yenidən 10 günlük italyan dilinində danışıq vərdişlərinin təkmilləşdirilməsi kursunda iştirak etmək hüququ qazanıblar.

GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Həsənov bildirib ki, “ERASMUS + KA 1” layihəsinə qoşulan və imtahanlarda iştirak edən 5 nəfər müəllim müvəffəqiyyət balını toplayaraq Ka-Foskari Universitetində təşkil olunacaq italyan dili üzrə dil təkmilləşdirmə kurslarında iştirak etmək hüququ qazanıb.

Sonda rektor Yusif Yusibov akademik mübadilə proqramına qoşulan gənc müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.

GDU-nin müəllimləri İtaliyanın Ka-Foskari Universitetində kurs keçəcəklər-


GDU-nin müəllimləri İtaliyanın Ka-Foskari Universitetində kurs keçəcəklər-


GDU-nin müəllimləri İtaliyanın Ka-Foskari Universitetində kurs keçəcəklər-



İnform.az





Baxış sayı: 332