Hərbi
26.09.2018 / 18:20

1000-dən artıq partlamamış hərbi sursat tapılıb- Biləsuvarda(Foto)

 1000-dən artıq partlamamış hərbi sursat tapılıb-
24 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvarda "Mahmudçala" ovçuluq təsərrüfatında 1 028 ədəd müxtəlif növ partlamamış hərbi sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin(ANAMA) İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a Trend-ə verilən məlumata görə, bu gün 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 26 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 18 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 600 kv.m əraziyə yeraltı baxış keçirilib.

24 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 028 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 176 900 kv.m əraziyə yerüstü və 16 605 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 1000-dən artıq partlamamış hərbi sursat tapılıb-


 1000-dən artıq partlamamış hərbi sursat tapılıb-


 1000-dən artıq partlamamış hərbi sursat tapılıb-


 1000-dən artıq partlamamış hərbi sursat tapılıb-


İnform.az

Baxış sayı: 170