Ədəbiyyat
26.09.2018 / 19:10

AYB Xəzər bölməsi "Nəsimi şeir, sənət və mənəviyyat" festivalına hazırlaşır- FOTO

AYB  Xəzər bölməsi "Nəsimi şeir, sənət və mənəviyyat" festivalına hazırlaşır-
Silsilə olaraq şeir, qəzəl ustadlarına həsr olunmuş tədbirlərə təşkilatçılıq edən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsi bu gün də qapılarını şeirsevərlərin üzünə açdı.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsində növbəti şeir məclisi, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmiş dahi mütəfəkkir-şair İmadəddin Nəsimiyə həsr olundu.

AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı gecəni giriş sözü ilə açaraq 2018-ci ilin sentyabrında keçiriləcək “Nəsimi Şeir, Sənət və Mənəviyyat Festivalı”dan danışdı.

Qeyd etdi ki, bu festival anadilli Azərbaycan poeziyasının banilərindən olan İmadəddin Nəsimiyə həsr olunub.

AYB-nin Xəzər bölməsinin üzvlərindən 8 nəfərin festivala qatılacağını diqqətə çatdıran sədr onlar arasında böyük rəqabət var. Qaliblər 27-30 sentyabr tarixində bəlli olacaq.

Daha sonra poeziya gecəsi festivalda iştirak edəcək gənc yazarların şeirləri ilə davam etdi, onların kiçik qüsurları diqqətə çatdırılıb, həlli yolları müzakirə olunub.

AYB  Xəzər bölməsi "Nəsimi şeir, sənət və mənəviyyat" festivalına hazırlaşır-


AYB  Xəzər bölməsi "Nəsimi şeir, sənət və mənəviyyat" festivalına hazırlaşır-


AYB  Xəzər bölməsi "Nəsimi şeir, sənət və mənəviyyat" festivalına hazırlaşır-



Ülviyyə İsrafilova/AYB-nin Xəzər Bölməsi

Baxış sayı: 210