Elm-təhsil
26.09.2018 / 12:45

ATMU ilə İMC KremsTEU arasında Azərbaycan-AvstriyaTurizm Proqramının inkişaf perspektivləri-

ATMU ilə İMC KremsTEU arasında Azərbaycan-AvstriyaTurizm Proqramının inkişaf perspektivləri-
Dünən Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycan Avstriya Turizm Proqramı” çərçivəsində görüş keçirilib.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Turizm Agentliyinin təhsil sektorunun rəhbəri Hüseyn Həsənov və əməkdaşı Leyla Xəlilova, ATMU-nun rektoru İlham Mədətov, Universitetin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, “Azerbaycan Avstriya Turizm Proqramı”-nın meneceri Humay Cəfərli və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqramlar üzrə direktoru Yens Enen iştirak ediblər.

Görüş çərçivəsində hər iki tərəf ATMU ilə Krems arasında 11 ildir davam etdirilən Azərbaycan-Avstriya Turizm Proqramının uğurlarından məmnunluğunu bildirib.

Proqram çərçivəsində təhsil almış tələbələrin müvəffəqiyyət göstəricilərinə dair statistik məlumatlar təqdim olunmuş, proqramın gələcək inkişaf perspektivləri və davam etdirilməsi üçün gərəkli bilinən şərtlər ətraflı müzakirə olunub.

ATMU ilə İMC KremsTEU arasında Azərbaycan-AvstriyaTurizm Proqramının inkişaf perspektivləri-


ATMU ilə İMC KremsTEU arasında Azərbaycan-AvstriyaTurizm Proqramının inkişaf perspektivləri-



İnform.az

Baxış sayı: 337