Hüquq
26.09.2018 / 10:30

Sakinlərin kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb- Astarada

Sakinlərin kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb-
Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara RPŞ-yə ərizə ilə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə “kartda pul yoxdur” - deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib.

Araşdırma zamanı İ.Hüseynov cari ilin avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 153