Hüquq
26.09.2018 / 11:50

Cinayətkarlar könüllü təslim oldular

Cinayətkarlar könüllü təslim oldular
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.

Bu barədə İnform.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.


İnform.az


Baxış sayı: 168