İdman, Hüquq
26.09.2018 / 11:10

Ən güclü atletlərin yarışında- FOTO

Ən güclü atletlərin yarışında-
Sentyabrın 22-dən 24-dək pauerliftinq üzrə ölkə kuboku yarışı keçirilib. Respublikamızınən güclü atletlərinin qələbə uğrunda mübarizəsində polis idmançılar da yüksək nəticələr əldə ediblər.

İsmayıllı RPŞ-nin əməkdaşı, altıqat dünya çempionu Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyaraqturnirin baş mükafatına sahib olub.

Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, dəfələrlə dünya və Avropa çempionatlarının iştirakçısı və qalibi Razim Hüseynov isə ən ağır çəkili pəhləvanların sırasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətini yerinə yetirərkən 240 kiloqram nəticə ilə medal kolleksiyasına daha bir qızıl medal əlavə edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı Roman Əhmədov çəkisi 80 kiloqramadək olan idmançılar arasında “deadlift” (ştanqı qurşağadək dartma) hərəkətində

212,5 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsində yer alıb.

Ən güclü atletlərin yarışında-


Ən güclü atletlərin yarışında-



Xəyalə Məmmədova/DİN Mətbuat xidmətinin əməkdaşı

Baxış sayı: 163