Dünya
26.09.2018 / 10:20

Ərəb koalisiyası Yəməndə sivillərin hədəf alındığı iddialarını yalanlayıb

Ərəb koalisiyası Yəməndə sivillərin hədəf alındığı iddialarını yalanlayıb
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməndə mülki şəxsləri hədəf aldıqlarına dair ittihamları rədd edib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə koalisiyaya bağlı Yəməndəki Hadisələri Dəyərləndirmə Ortaq Heyətin mətbuat katibi Mənsur əl-Mənsur bildirib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda həyata keçirdiyi mətbuat konfransında bir sıra açıqlamalar verən sözçü Yəməndə 8 yerdə mülkilərin hədəf alındığına dair iddiaların yalan olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2016-2018-ci illər ərzində baş verən bu hadisələr Yəmənin müxtəlif yerlərində husilər tərəfindən həyata keçirilib.


İnform.az

Baxış sayı: 41