Dünya
26.09.2018 / 10:10

Henrix Mxitaryan diplomatik pasportdan məhrum edilib

Henrix Mxitaryan diplomatik pasportdan məhrum edilib
İngiltərənin "Arsenal" klubunun futbolçusu və Ermənistan yığmasının kapitanı Henrix Mxitartyan diplomatik pasportdan məhrum edilib.

İnform.az "Report"-a istinadən bildirir ki, 29 yaşlı yarımmüdafiəçiyə qarşı bu addımın səbəbi açıqlanmır.

Diplomatik pasport yüksək vəzifəli şəxslər, deputatlar və Ermənistan baş nazirinin sərəncamı ilə pasport təqdim edilən vətəndaşlarda olur. Bu sənəd Ermənistan xalqının və dövlətinin "səfir"lərinə, dövlətin nüfuzunu xaricdə yüksəldən şəxslərə verilir. Mxitaryan da onların sırasında olub. Qəzet Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) məsələ ilə bağlı şərh öyrənə bilməyib.

Daha əvvəl Ermənistan XİN yüksək vəzifəli keçmiş məmurları diplomatik pasportlarını qaytarmağa çağırıb.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında ilk oyun oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu görüşdə Henrix Mxitaryanın iştirak edib-etməyəcəyi bilinmir.



İnform.az

Baxış sayı: 29